Cərrah xəstəsinin qara ciyərinə adını yazdı

Cərrah xəstəsinin qara ciyərinə adını yazdı
  28 Dekabr 2013    Oxunub:1226
İnsidentlə bağlı araşdırmalar aparılır.
İngiltərənin Birminqəm şəhərində cərrah Simon Bramhol əməliyyat zamanı öz ad və soyadının baş hərflərini xəstənin qaraciyərinə həkk etməsi məsələsinə görə müvəqqəti olaraq işindən uzaqlaşdırılıb.

Xəstənin ciyərindəki bu yazını ,onu təkrar əməliyyat edən başqa bir cərrah tərəfindən aşkar olunub.

Belə məlumat verilib ki, o bunun üçün arqon qazından istifadə edib. Bu qaz adətən gəmilərin qaynaq işlərində istifadə olunur, lakin bu tamamilə zərərsizdir.

Qeyd edək ki, Simon Bramhol Kralica Elizabetin Birminqdəki xəstəxanasında məsləhətçi həkim idi.

S. Həsənova


Teqlər:





Xəbər lenti