Astronavtlar Yeni ili Kosmosda qarşılayacaqlar

Astronavtlar Yeni ili Kosmosda qarşılayacaqlar
  28 Dekabr 2013    Oxunub:1417
Amerikada 2 astronavt Yeni İli Kosmosda qarşılayacaq.
Bir çox insanlar Milad bayramı ərəfəsində vaxtlarının son dəqiqələrini belə dostlarına , yaxın və doğmalarına hədiyyə almaq və ya alış-verişə sərf edirlər.

Amerikada isə 2 astronavt bundan fərqli olaraq işlərini daha üstün tutublar. Onlar Yeni ili kosmosda qarşılayacaqlar. Yer kürəsindən 200 kilometr yuxarıda orbitdə Rik Mastraçio və Mayk Hopkins Beynəlxalq Kosmik Stansiyasının soyutma sisteminin bəzi hissələrinin təmirilə bağlı kosmosa yollanacaqlar.
NASA-nın məlumatına görə Milad Bayramında kosmosa işçi yollamaq hadisəsi onların tarixində ikinci belə haldır.
Mühəndislər stansiyanın soyuqlama sisteminin qəza vəziyyətində olan borularını təmir etməlidirlər. Bu borular stansiya xaricində kosmik stansiyada olan avadanlıqların sərin saxlamaq üçün istifadə edilir.

NASA-nın məlumatına görə, təxminən dekabrın 11-dən bəri stansiyanın soyuqlama sistemində nasoslardan birinin klapanı yalnış vəziyyətdədir.

Şənbə günü astronavtlar kosmik stansiyanın xaricində nasoslarda yaranmış problemi aradan qaldırmaq üçün beş saat yarım işləyəcəklər.

Əgər hər şey plan üzrə gedərsə, təmir işinin çərşənbə axşamı başa çatdırılması gözlənilir.

Xatırladaq ki, Nasa ilk dəfə 1999-cu ildə belə bir prosesi reallaşdırmışdı. Milad bayramı ərəfəsində kosmosa iş görmək üçün astronavt yollayıb. O zaman kəşfiyyatçı astronavtlar olan Steve Smith və John Grunsfeld-ə “Hubble Kosmik Teleskopunun” hissələrini təmir etmək tapşırılmışdı. Onlar teleskopun hissələrini təmir etmək üçün səkkiz saat vaxt sərf ediblər.


Teqlər:  





Xəbər lenti