Xalça Muzeyinin yeni binasına pul ayrıldı

Xalça Muzeyinin yeni binasına pul ayrıldı
  30 Dekabr 2013    Oxunub:1245
Azərbaycan Xalça Muzeyinin yeni binasının maddi-texniki təminatının gücləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin yeni binasının maddi-texniki təminatı haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Xalça Muzeyinin yeni binasının ekspozisiya sahəsinin bədii tərtibatı, habelə müasir texniki avadanlıqla təchiz edilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Teqlər:





Xəbər lenti