Bacısı qızını boğdu

Bacısı qızını boğdu
  15 Mart 2013    Oxunub:1783
Abşeron rayonu ərazisində qətl hadisəsi baş verib.
Rayon Prokurorluğundan verilən məlumata görə, dayı özündən 13 yaş balaca bacısı qızını boğaraq öldürüb.
Dəhşətli cinayət hadisəsi martın 14-də Nübar qəsəbəsinin Atyalı yaşayış massivində törədilib. Qəsəbə sakini, 28 yaşlı İlham Kərimov 15 yaşlı bacı qızı Aygünü boğaraq öldürüb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Aygün Kərimova Yevlax rayonunda yaşayırmış və iki gün əvvəl evlərində çıxaraq Bakıya gəlib. İlham Kərimovun bacısı ona zəng edərək qızının xəbərsiz Bakıya gəldiyini və harada qalmasından xəbərsiz olduğunu deyib. İlham isə Aygünlə mobil telefonla danışaraq onu tapıb və öz evinə aparıb.
Orada əlləri ilə bacısı qızını boğaraq öldürüb.


Teqlər:  





Xəbər lenti