AŞPA-da Azərbaycandan danışılacaq

AŞPA-da  Azərbaycandan danışılacaq
  15 Mart 2013    Oxunub:1572
Müzakirə olunacaq məsələlərdən biri də Ermənistanda keçiriləcək prezident seçkiləridir.
Azərbaycanda baş verən son hadisələr AŞPA Monitorinq Komitəsinin martın 20-də Parisdə keçiriləcək iclasında müzakirə olunacaq.

AŞPA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, bu məsələ ilə bağlı müzakirələrdə həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramunt da iştirak edəcəklər.

İclasda həmçinin Türkiyə ilə postmonitorinq dialoquna dair hesabatın qəbulu, Ermənistanda keçiriləcək prezident seçkilərinin müzakirəsi planlaşdırılır.(apa)


Teqlər:  





Xəbər lenti