“Deputatlara Naxçıvan maşını verilsin”

“Deputatlara Naxçıvan maşını verilsin”
  15 Mart 2013    Oxunub:1610
Qüdrət Həsənquliyev məmurlara xidməti maşın kimi Naxçıvanda istehsal olunan avtomobillərdən almağı təklif edib
Milli Məclisin bu gün keçirilən iclasında dövlət ehtiyacları üçün Naxçıvanda istehsal edilən minik avtomobillərinin alınması təklif olunub.
Hökumətin 2012-ci ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, bu avtomobillər heç də keyfiyyətsiz deyil.

O qeyd edib ki, bu addım eyni zamanda regionlarda sənayenin inkişafına da dəstək olar:
“Biz Naxçıvanı minik avtomobillərinin istehsalı, Gəncəni isə yük avtomobilləri istehsalı mərkəzinə çevirə bilərik. Naxçıvanda istehsal edilən minik avtomobilləri ən azı orta məmurlar üçün xidməti maşın kimi alına bilər. Ola bilər yüksək çinli məmurlar üçün o avtomobillər kifayət eləməsin, amma orta səviyyəli məmurlar üçün normal maşınlardır”.(apa)


Teqlər:  





Xəbər lenti