Köçkünlər bir aya köçürüləcək
Onun sözlərinə görə, bu yataqxanalarda məskunlaşmış məcburi köçkünlər Müşfiq qəsəbəsində salınmış şəhərciyə köçürülürlər.
Rektor bildirib ki, yataqxanalar yararsız və qəza vəziyyətində olduğundan köçürülmə prosesi başa çatdıqdan sonra söküləcək və yerində müasir tipli tələbə şəhərciyi salınacaq.
"Əgər biz BDU-nun dünya universitetləri içərisində yüksək reytinqinə malik olmasını istəyiriksə, o zaman müasir tələblərə cavab verən yataqxanamız olmalıdır. BDU-nun tələbə şəhərciyinin yoxluğu bizim dünya unversitetləri sırasında ilk 500-yə düşməyimizə ciddi maneə törədir və reytinqimizi aşağı salır. Hazırda BDU dünyanın min universiteti sırasında 602-ci yerdədir. Amma hədəfimiz birinci 500-lükdə mövqeyimizi möhkəmlətməkdir", - rektor bildirib.
Məhərrəmov bildirib ki, yeni yataqxana şəhərciyi 5-6 min tələbə üçün nəzərdə tutulub. Amma BDU-nun 10 min tələbəni yerləşdirmək üçün yataqxanaya ehtiyacı var.
BDU rektoru bildirib ki, yeni yataqxananın tikintisinə başlamaq barədə qərar yaxın günlərdə müzakirədə veriləcək.
"Artıq yeni tələbə şəhərciyinin layihəsi hazırdır və hökumət tərəfindən təsdiqlənib. Tikinti işləri isə bir neçə ilə başa çatacaq. Hesab edirəm ki, yeni tələbə şəhərciyi BDU-nun 100 illik yubileyinədək tikilib tələbələrin istifadəsinə veriləcək".(trend)