Yeni dizaynda London taksiləri gəlir - VİDEO

Yeni dizaynda London taksiləri gəlir - VİDEO
  07 Yanvar 2014    Oxunub:2185
Bu gün Nissanın Peddinqtonda yerləşən avropa dizayn mərkəzi yeni London taksilərinin prototipini təqdim edib.
AzVision.az SupercarHall-a istinadən xəbər verir ki, dəyişilən dizayndan əlavə bir az daha genişlənən taksilərin istehsalına 2014-cü ilin dekabrında başlanacaq. Artıq 2015-ci ildə bu tip taksiləri London küçələrində görə biləcəyik.

London meriyasının və digər əsaslı təşkilatların dəstəyi ilə hazırlanan yeni taksi ənənəvi qara rəngin itirmədən bir çox innovasiyaları özündə birləşdirib.

Yeni taksilər 1.6 – litrlik benzin mühərriklə və avtomat transmissiya ilə təchiz olunub.

Bundan əlavə 2015-ci ildə isə Nissan taksinin Zero Emission elektrik mühərrikli NV200 versiyasını da hazırlayacaq.

Nissan London taksi bazarında yüklü hörmətə sahibdir. Belə ki, onun 2,7 litrlik TD27 dizel mühərrikləri FX4 “Farvarter” və TX1 qara taksilərində 1980-90-cı illər ərzində işləyərək uzunömürlülük və dözümlülük adı qazanıb.

Konkret dəyişikliklərə gəldikdə isə NV 200-də bunlar edilib:

-Ənənvi qara taksilərin üzü sayılan ön yumuru faralar və radiator barmaqlığında dəyişikliklər edilib.

- Ənənəvi taksi işarəsinin daha yaxşı görünməsi üçün LED işıqlandırma.

- Tamamilə yeni ön panel bamperi

Taksinin yaradıcıları eskizləri hazırlayarkən insanların və taksi sürücülərinin fikirləri ilə maraqlandıqlarını bildirirlər.

Andi Palmer , Baş Planlaşdırma Ofisinin və Nissan Motor Korporasiyasının icraçı vitse-prezidenti bildirir ki, “Əsas problemimiz insanların bizim yaratdığımız maşının taksi kimi tanımaları idi. Londonda olanda Taksi sürücüləri ilə çoxlu söhbət etdik, onların taksinin görünüşündə nəyin əsas olduğu barədə fikrlərini öyrəndik. Biz istədiyimizə nail olduğumuza görə çox fəxr edirik”.

Qeyd edək ki, London taksilərinin bir vətəni də paytaxt Bakıdır. 2015-də Londonda satışa çıxarılan taksilərin tezliklə Bakıda da şütüyəcəyinə inanırıq.






Teqlər:  





Xəbər lenti