Yüksək sürət can aldı
Samux rayonundan Gəncə istiqamətinə hərəkət edən “VAZ-21012” markalı avtomobil sürətlə yoldakı dairəyə çırpılıb.
Nəticədə avtomobilin sürücüsü 31 yaşlı Gəncə sakini Rüfət İsmayılov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili yüksək sürətlə idarə edib.
Baş Polis İdarəsindən verilən məlumata görə, ilkin araşdırmalarda hadisəyə avtomobilin yüksək sürətlə hərəkətinin səbəb olduğunu təsdiqləyir.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.(ans)
Teqlər: