Dünyada 1 milyard insan siqaret çəkir

Dünyada 1 milyard insan siqaret çəkir
  09 Yanvar 2014    Oxunub:2525
Siqaret çəkmək dünyanın əksər ölkələrində getdikcə daha az populyar olsa da, statistikaya görə ümumi siqaret çəkənlərin sayı artır.
Vaşinqton universitetinin Göstəricilər və sağlamlığın dəyərləndirilməsi institutunun (İnstitute for Health and Evalution) araşdırmalarına görə 2012-ci ildə hər gün dünyanın 187 ölkəsində yaşayan 967 milyon insan siqaret çəkib.

1980-ci ildə dünyada 721 milyon siqaret çəkən var idi.
Alimlərin fikrincə, tütüm həvəskarlarının sayının çoxalması Yer əhalisinin son 50 ildə artması ilə əlaqədardır. Araşdırmaların məlumatına görə, bir neçə iri dövlətlərdə, o cümlədən Banqladeş və Rusiyada daha çox insan siqaret çəkməyə başlayıb. Hesabatda ən böyük narahatlıq inkişaf etməkdə olan ölkələrdə bu vərdişin daha sürətlə yayılması ilə bağlıdır.

Alimlər müəyyən ediblər ki, dünya üzrə hər gün 10 kişidən 3-ü (30%) siqaret çəkir. Qadınlarda isə hər 20 qadından 1-i hər gün siqaret çəkir. 1980-ci ildə hər 10 kişidən 4-ü (41%), və hər 10 qadından 1-i (10%) zərərli vərdişdən əziyyət çəkirdi.
Tütün istehlakına görə ilk pillədə Şərqi Timor qərarlaşıb. Burada hər gün əhalinin 61%-i siqaret çəkir. İkinci sırada İndoneziya, üçüncü sırada isə Kiribati mikrodövləti qərarlaşıb. Ermənistan antireytinqin 4-cü, Papua-Yeni Qvineya isə 5-ci pilləsində yerləşib.
Ən az siqaret çəkənləri isə Antiqua və Barbuda (5%), San-Tome və Prinsipi, Nigeriya, Efiopiya və Qanada yaşayır.

Tütün çəkənlərin sağlamlıqlarının göstəricilərinə görə ən təhlükəli hallar Yunanıstan, İrlandiya, İtaliya, Yaponiya, Çin, Küveyt, Filippin, Rusiya, İsveçrə və Uruqvayda qeydə alınıb.
Dünya Səhiyyə Təşkilatı hesab edir ki, əgər dünya dövlətləri tütün əleyhinə siyasəti davam etdirsələr: siqaretə görə alınan verginin artırılması, müəyyən məkanlarda siqaret çəkilməsinə qadağaların tətbiqi və s. onda milyonlarla insanın həyatını xilas etmək mümkün olacaq.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti