“Nargis” nəşrlər evi jurnalistləri əməkdaşlığa çağırır
Mətbuat konfransı formatında keçiriləcək təqdimat mərasimində nəşrlər evinin nümayəndələri jurnalistikanın problemləri və ixtisasartırma üsulları barədə açıq dialoq aparmağı planlaşdırırlar. “Nargis” nəşrlər evi savadlı və perspektivli jurnalistlər üçün yeni imkanlar yaratmaqla maksimum sayda media işçilərini layihələr üzərində işə cəlb etmək istəyir. Onların arasında digər nəşrlərin və onlayn-portalların təcrübəli əməkdaşları ilə yanaşı, yazıları mətbu və ya onlayn nəşrlərdə dərc edilmiş gənc müəlliflər də ola bilər. Layihənin məqsədi azərbaycandilli və rusdilli jurnalistikanın ümumi səviyyəsini artırmaqdır.
“Nargis” nəşrlər evi bir il ərzində müəlliflərlə əməkdaşlıq edəcək, onların fəaliyyətini izləyəcək. İlin yekunlarına əsasən beş jurnalist və publisistdən ibarət qrup yaradılması nəzərdə tutulur. Bu qrupun üzvləri xaricdə keçiriləcək treninqlərdə iştirak edəcəklər.
Mətbuatda iş təcrübəsi olan müstəqil müəlliflər də mətbuat konfransına dəvət edilirlər. Xülasə və fotoşəklinizi bu ünvana göndərin: [email protected].
Elektron məktuba məqalə faylını və ya müvafiq sayta istinad əlavə etməlisiniz.
Xülasələrin təqdim edilmə müddəti yanvarın 15-nə qədərdir (həmin gün də daxil olmaqla).