Bəstəkarımızın əsəri Sankt-Peterburqda səslənəcək

Bəstəkarımızın əsəri Sankt-Peterburqda səslənəcək
  12 Yanvar 2014    Oxunub:1294
Azərbaycanlı bəstəkarın əsəri Sankt-Peterburq Akademik Filarmoniyasında səslənəcək.
Yanvarın 21-də Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının böyük zalında görkəmli bəstəkar, Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin böyük simfonik orkestr üçün yazdığı “Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım” serenadası səslənəcək.

AzVision.az Sankt-Peterburq Akademik Filarmoniyasının rəsmi saytına istinadla xəbər verir ki, klassik və müasir bəstəkarların musiqisinin görüşünü təcəssüm etdirən konsertin proqramına, həmçinin Volfqanq Amadey Motsartın 38-ci simfoniyası, Georq Fridrix Hendelin və Rusiyanın tanınmış gənc bəstəkarı, beynəlxalq müsabiqələr laureatı Mixail Krutikin əsərləri də daxil olunub.

Filarmoniyanın akademik simfonik orkestrinə Fyodr Lednyov dirijorluq edəcəkdir.


Teqlər:





Xəbər lenti