Nazirlik prezidentə müraciəti təsdiqlədi

Nazirlik  prezidentə müraciəti təsdiqlədi
  16 Mart 2013    Oxunub:1569
“Səfirin geri çağırılmasına qərar vermək dövlət başçısının səlahiyyətinə daxil olan məsələdir”
Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin Rumıniyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun tutduğu postdan geri çağırılması barədə dövlət başçısı İlham Əliyevə müraciət etməsi xəbərini təsdiqləyib.

XİN mətbuat rəhbəri Elman Abdullayev APA-ya bildirib ki, səfirin geri çağırılmasına qərar vermək dövlət başçısının müstəsna səlahiyyətinə daxil olan məsələdir və bu barədə yekun qərarı dövlət başçısı qəbul edə bilər.

Qeyd edək ki, Eldar Həsənov eyni zamanda Serbiya, Bosniya-Herseqovina və Monteneqroda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi akkreditə olunub. Diplomatik mənbələrdən verilən məlumata görə, səfirin tutduğu postdan geri çağırılmaq üçün müraciət etməsinin səbəbi diplomatik missiyasına xitam verilməsi ilə deyil, başqa ölkəyə təyinat almaq istəyi ilə əlaqədardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti