Çin Cənubi Koreyadan televizor paneli oğurladı

Çin Cənubi Koreyadan televizor paneli oğurladı
  13 Yanvar 2014    Oxunub:1278
Bükük “OLED” televizorları təqdim edilib.
AzVision.az "HDTV”yə istinadən xəbər verir ki,Çinin “Haier” şirkəti ötən həftə Los-Ancelesdə işini yekunlaşdırmış “CES 2014” sərgisi çərçivəsində 55-65 düym diaqonallı bükük ekran formasına malik və “Full HD” təsvir ölçüsünü dəstəkləyən iki televizor modelini nümayiş etdirib.

Çin istehsalçısının kütləvi istehsala başlayacağı təqdirdə üzvi işıq diodlar (Organic Light-Emitting Diode, OLED texnologiyası) panellərini haradan əldə edəcəyi barədə məlumat hələ ki yoxdur. Mütəxəssislərin fikrincə, bu televizor panellərində Cənubi Koreyanın “LG” şirkətinin “WRGB OLED” panellərindən istifadə olunub. Bundan başqa, “LG Display” Çinin “Skyworth” şirkəti üçün “OLED” panellər tədarük etməyi planlaşdırır.

Ötən il “IFA 2013” sərgisində “Haier” 55 düym diaqonallı “OLED” televizor prototipini təqdim edib. Model quraşdırılmış işıqlandırma ilə 4 millimetrlik korpus qalınlığında unikal dizaynı və ekran perimetri üzrə qalınlığı 1,5 mm təşkil edən ensiz çərçivəsi ilə seçilir.

“Haier” sözügedən “OLED” model haqqında heç vaxt ətraflı məlumat verməyib. Lakin bəzi Cənubi Koreya mənbələrinin məlumatına görə, “Haier” əvvəlki panelləri “LG” istehsalçısının icazəsi olmadan əldə edib. Belə ki, Çin şirkəti sadəcə açıq bazarda “OLED” televizorlar alaraq onların “OLED” panellərini çıxarıb və istehsal etdikləri modelin korpusuna yerləşdirib.


Teqlər:





Xəbər lenti