Qəzetlərimiz nədən yazır?

Qəzetlərimiz nədən yazır?
  16 Mart 2013    Oxunub:1842
Ötən gün Azərbaycan mətbuatında yayımlanan ən maraqlı yazılardan seçmələr :
Azadlıq

Kərəm Həsənovdan İlham Əliyevə şikayət

Azadlıq prospekti 154 ünvanında yerləşən Gülnarə restoranın təsisçiləri ölkə başçısı İlham Əliyevə müraciət edib. Təsisçilər bildirir ki: ““Gülnarə” restoranı artıq 2 ilə yaxındır ki, Əmlak Məsələləri Üzrə Dövlət Komissiyasının sədri Kərəm Həsənov və qardaşı “AZİNKO” şirkətini prezidenti, deputat Malik Həsənovun birbaşa rəhbərliyi və göstərişilə sökülmüş və əvəzində 6 nəfər mülkiyyətçiyə heç bir vəsait ödənilməmişdir. Dəfələrlə adıçəkilən şəxslərə müraciətlər edilsə də, heç bir nəticə verməmişdir. Həsənov qardaşları amansız oyunlar oynayır. Ümidimiz sizədir, inanırıq ki, bu məsələni diqqətdə saxlayacaqsınız”.

Sabiq icra başçısı Nizami Ələkbərov İsmayıllıdakı villasını satdı

Məqalədə qeyd olunur ki, İsmayıllıda baş verən kütləvi etiraz askiyaları zamanı yerli sakinlərin qəzəbinə düçar olan keçmiş icra başçısı Nizami Ələkbərov bu rayonda sahibi olduğu dəbdəbəli villasını satıb. Dəbdəbəli malikanənin yeni sahibinin kimliyi məlum olmasa da, qonşular da İsmayıllıda olan əməkdaşımıza sabiq icra başçısının evinin satıldığını təsdiqləyiblər. Qonşular Nizami Ələkbərovun İsmayıllıdan getdikdən sonra oradakı evinə gəlmədiyini vurğulayıblar. Bildiriblər ki, sözügedən mülkün alqı-satqısını keçmiş icra başçısının qohumları həyata keçiriblər. Sakinlərin sözlərinə görə, Nizami Ələkbərov İsmayıllıdakı digər obyektlərini də satışa çıxarıb.

Cahangir Hacıyev Ziya Məmmədovun şirkətini ələ keçirdi

Beynəlxalq Bank nəqliyyat naziri Ziya Məmmədova məxsus “Azərinşaat” şirkətini və onun ərazisini ələ keçirib. Bu barədə şirkətin adının çəkilməsini istəməyən işçilərindən biri məlumat verib. Dərnəgüldə yerləşən bu şirkətin rəhbəri Bülent Karanı olub. Həmin ərazidə Ziya Məmmədovun tabeliyində olan başqa müəssələr də fəaliyyət göstərir. Məlumata görə, Ziya Məmmədova yaxınlığı ilə seçilən Bülent Karanı bir müddət əvvəl müəmmalı şəkildə Azərbaycanı tərk edib. Məhz onun gedişindən sonra Beynəlxalq Bankın əməkdaşları “Azərinşaat”a gələrək şirkətin, onun yerləşdiyi böyük ərazinin onlara məxsus olduğunu bildirib və bütün müəssisələrdən ərazini tərk etməyi tələb ediblər. Beynəlxalq Bankın bu addımının nədən irəli gəldiyi bəlli deyil. Yəni, bunun kökündə Bülent Karanının hansısa maliyyə pozuntularına yol verdiyi, yoxsa hansısa kredit əməliyyatları dayandığı bizə məlum deyil. Lakin fakt ondan ibarətdir ki, Beynəlxalq Bank şirkəti və ərazisini ələ keçirib.

Gündəm Xəbər

Söyün Sadıqov Azərbaycanda təşkilat qurur

Moskvada yaradılan “Milyarderlər İttifaqı” Azərbaycanda leqal fəaliyyətə başlayıb. Daxil olan məlumata görə, “Milyarderlər İttifaqı”nın əsas simalarından olan Söyün Sadıqovun təsisçisi olduğu “AzərRos” təşkilatının şimal bölgəsində özəkləri yaradılır. Son bir ay ərzində 5 min nəfər “AzərRos”a üzv yazılıb. Mənbənin bildirdiyinə görə, “AzərRos”un şimal bölgəsində təşkilatlanma işinə Hacəliyev Tahir Seyidəli oğlu rəhbərlik edir. Əslən Quba rayonunun Pirvahid kəndindən olan T. Hacəliyevin Söyün Sadıqovla tələbə yoldaşı və ailə dostu olduğu söylənilir. Rusiyada kifayət qədər tanınmış şəxs olan T.Hacəliyev Rusiya və Dagıstanın Yazıçılar Birliyinin, “AzərRos”un Federal Şurasının, Rusiya Jurnalistlər Birliyinin üzvüdür. T.Hacəliyev həmcinin BMT-nin Şimali Qafqazda narkomaniya və narkotik alverinə qarşı mübarizə layihəsində mətbuat kordinatorudur. T. Hacəliyev Türkiyənin “NTV” telekanalı ilə əməkdaşlıq edir. Mənbənin bildirdiyinə görə, T. Hacəliyev həmdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə qohumdur. Şimal bölgəsindən “Azadlıq.tv”-yə daxil olan məlumata görə, T. Hacəliyev Quba, Qusar və Xacmaz rayonlarında böyük nüfüza sahibdir. “AzərRos”un Azərbaycanda özəklərinin yaranmasında T. Hacəliyevin şəxsi nüfuzu önəmli rol oynayıb. Eyni zamanda şimal rayonlarının bəzi icra başçıları, yüksək vəzifəli məmurlar T. Hacəliyevə təşkilatlanma işində yaxından köməklik edir.

Unikal

Misir Mərdanova şok sürpriz

Milli Məclisin və Təhsil Komissiyasının keçmiş sədri Şahlar Əsgərov qeyd edib ki, təhsildə əsas problem nəzarət sisteminin olmamasıdır. Onun sözlərinə görə, təcili olaraq təhsil sahəsinə nəzarət edən qurum yaradılmalıdır. “Əsas məsələ təhsilə ayrılan pula nəzarət etməkdir. Azərbaycanda bu nəzarəti həyata keçirə biləcək qurum yoxdur”.

Yeni Müsavat

Tağı Əhmədov Elşad Abdullayevlə əlaqələrindən danışdı

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun adı son günlər sabiq ABU rektoru Elşad Abdullayevin açıqlamalarında hallanır. Buna görə də biz də T.Əhmədovla söhbətimizdə ABU məsələsinə, E.Abdullayevlə tanışlıqlarına, eləcə də sabiq deputat Gülər Əhmədova ilə bağlı son açıqlamasına toxunduq. Əhmədov bildirib ki, mənim Elşad Abdullayevlə heç bir əlaqəm, söhbətim ola bilməz. Bu, qeyri-mümkün olan söhbətdir. O daha sonra sabiq deputatın həbsinə toxundu və qeyd etdi ki, indi belə çıxır ki, mənim açıqlamam təsirli oldu və onu həbs elədilər? Mənim bunda heç bir rolum yoxdur. Bu, istintaqın işidir, istintaq nə vaxt lazım bilibsə, o zaman da həbs edib.

Eldar Həsənov Bakıya vəzifəyə qayıdır

Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri, ölkənin sabiq baş prokuroru Eldar Həsənov tutduğu postdan geri çağırılması üçün prezident İlham Əliyevə müraciət edib. Uzun müddətdir diplomatik fəaliyyətlə məşğul olduğunu deyən E.Həsənov ölkə başçısına belə bir müraciət etməsinin səbəbini işlərinin ağırlığı ilə izah edib. Eldar Həsənov bundan sonrakı fəaliyyətini hansı istiqamətdə davam etdirəcəyi ilə bağlı suala cavab verərkən bildirib ki, hər halda diplomatik fəaliyyətimi davam etdirəcəyəm. Seçki ərəfəsi onun Bakıya qayıtmaq istəməsi təsadüfə oxşamır. Bu barədə xəbərə bilgili mənbəmizin sözlərinə görə, E.Həsənovun seçki ərəfəsi Bakıya gətiriləcəyi çoxdan planlaşdırılıb. Sirr deyil ki, xüsusi qabiliyyəti sayəsində Eldar Həsənov Balkan ölkələrində Azərbaycanı diplomat kimi layiqli təmsil edib. Onun erməni lobbisinə qarşı Avropada hətta öz şəxsi vəsaitindən pul xərclədiyi də məlumdur. İkinci bir tərəfdən, Azərbaycan hakimiyyətinin son illər Balkanlarda uğurlu biznes proyektləri birbaşa Eldar Həsənovun xidmətləri sayəsində olub. Mənbə deyib ki, prezident Əliyevin Monteneqroya bu həftəki səfərini xatırlatmaq yerinə düşərdi: “Əlbəttə ki, prezidentlə səfirin bu barədə açıq söhbətləri olub və razılaşma əldə edildikdən sonra səfir bu müraciəti yayıb.

Zerkalo

Репрессии будут ужесточаться

“С начала года в Азербайджане началось резкое ограничение деятельности институтов гражданского общества. В год президентских выборов исполнительная власть, как в столице, так и в регионах, с помощью правоохранительных органов (МНБ, МВД) фактически лишила граждан страны гарантированных Конституцией прав. В частности, это касается права на свободу собраний. Ни в столице, ни в регионах не разрешены не только митинги, демонстрации и пикеты на открытом воздухе, но запрещены также собрания в помещениях”. Об этом заявила 15 марта известная правозащитница, директор Института мира и демократии Лейла Юнус. “ИМД призывает граждан страны в год президентских выборов объединить усилия для освобождения родины от оккупации. Только совместными действиями в рамках закона можно противостоять криминальной власти и добиться освобождения страны от оккупации с ее стороны”, – говорит Л.Юнус.



Teqlər:





Xəbər lenti