10 ildən sonra antibiotiklərdən istifadə olunmayacaq

10 ildən sonra antibiotiklərdən istifadə olunmayacaq
  14 Yanvar 2014    Oxunub:1132
Britaniyalı alimlərin fikrincə, insan orqanizmindəki bakteriyalar sürətlə antibiotiklərə qarşı immunitet əldə edirlər.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniya alimləri yaxın zamanlarda mikroorqanizmlərin antibiotik dərmanlara qarşı daha dözümlü olacaqları ilə bağlı önəmli açıqlama veriblər.

Nəticədə isə bu tipli dərmanları müalicəvi məqsədlərdə istifadə etmək öz əhəmiyyətini itirəcək. Britaniyalı alimlərin bu iddianı irəli sürməsinə əsas səbəb isə həkimlərin pasientlərə tez-tez belə dərmanları məsləhət görməsi və nəticədə insan orqanizmindəki virusların antibiotiklərə qarşı immunitetinin formalaşmasıdır. Bu iddianı isbat etmək üçün alimlər bir sıra tədqiqatlar aparıb və bunun nəticələrini ictimaiyyətə çatdırıblar.

Professor Ceremi Farrerin fikrincə, ən sadə soyuqdəymə hallarında belə antibiotiklərdən istifadə olunur. Halbuki, heç buna ehtiyac da yoxdur. Təəssüf ki, həkimlərin tez-tez pasientlərə antibiotikləri məsləhət görməsi virusların daha da təhlükəli olmasına rəvac verir. Tədqiqat məlumatlarına görə, bəzi bakteriyaların antibiotik dərmanlara qarşı dözümlülüyü sürətlə artır və 10 ildən sonra qarşısıalınmaz olacaq.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti