Deputat:“Allahın qulu ABŞ-ın qulbeçəsi olmur”

Deputat:“Allahın qulu ABŞ-ın qulbeçəsi olmur”
  17 Mart 2013    Oxunub:1647
Fazil Mustafa ilə Xədicə İsmayıl “facebookda” söz atışına başlayıblar.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ətrafında qalmaqal səngimək bilmir. Deputat bu dəfə jurnalist Xədicə İsmayılla söz duelinə çıxıb. Modern.az-ın məlumatına görə, F.Mustafa “facebook“ sosial şəbəkəsində Xədicə İsmayılın onunla bağlı səsləndirdiyi fikirlərə sərt ittihamlarla cavab verib. Millət vəkilinin statusunu olduğu kimi təqdim edirik:

“Daha bir mənəviyyatsız məxluq- Xədicə İsmayıl bizimlə bağlı əsassız fikirlər səsləndirib. Buyurun Xədicə İsmayıl, azacıq da olsa şərəf deyilən anlayışınız varsa şans və vaxt verirəm, açıqlayın məhz sizinlə bağlı atdığım hansısa böhtanın məzmununu və mənbəyini. Bir daha anlamanız üçün deyirəm: Allahın qulu olanlar, sizlərdən fərqli olaraq nə Azərbaycan hökumətinin, nə də ABŞ Departamentinin qulbeçəsi olmurlar. Kaş ki, Azərbaycanda efir məkanında demokratik debat mühiti olaydı, o zaman cəmiyyətimizə sizin kimi, sizin dəstəklədiyiniz bəzi siyasətçilər kimi saxtakar obrazların narazı insanların hisslərini neçə manipulyasıya etdiyini, Azərbaycanın gələcəyi ilə bağlı baxışlarınızın nə qədər təhlükəli olduğunu ortaya qoyaydıq. Həyatda da, Facebook səhifələrində də insanları daha soyuqqanlı və məntiqli hərəkətlərə çağıran bizləri guya xalq mövqeyindən çıxış edərək ittiham edən bu kimi ünsürlərin demokratiya ilə əlaqəsi olmadığını, hər şeyi nifrət üzərində köklədiklərini açıqca söyləyirik. Sözümüzü təkzib edə bilməyənlər, özümüzü inkar etməyə çalışırlar. İnanın ki, mən cəmiyyətimizdə bu qədər anormal vəziyyətdə düşünən insanın olduğuna təəccüblənmədiyimə görə öz siyasi, elmi, dini mövqeyimi daha soyuqqanlı və ardıcıl şəkildə insanlara təqdim edirəm. Və tam əminəm ki, bu cəmiyyətin çoxluğu enində-sonunda mütləq doğru çağrışlara tərəf yürüyəcəkdir”.

Xatırladaq ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl millət vəkili Fazil Mustafanı ona böhtan atmaqda suçlayıb. Jurnalistin bu çıxışı tərəflər arasında böyük qalmaqala səbəb olub.

“Eynulla Fətullayev, daha bir yalan. Mən heç vaxt belə bir yazı yazmamışam. Və bu yazını çap edən qəzetdə işləməmişəm. Həmin yazıya görə o qəzeti tənqid eləmişəm. Bu, Fazil Qəzənfəroğlunun və sizin kimi digər hökumət qulbeçələrinin mənə atdığı böhtandır. Həmin qəzetin baş redaktoru Ülkər Abdullayeva sizə yazının kimin tərəfindən yazıldığını söyləyər istəsə”.


Teqlər:  





Xəbər lenti