`SOCAR` Tbilisidə yeni stansiya açıldı

`SOCAR` Tbilisidə yeni stansiya açıldı
  16 Yanvar 2014    Oxunub:2146
“SOCAR Corcia qas” şirkəti Tbilisidə yeni yanacaqdoldurma stansiyası açıb.
“SOCAR Corcia qas” şirkəti Gürcüstan paytaxtında yeni yanacaqdoldurma stansiyasını istifadəyə verib. Stansiyanın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Mahir Məmmədov məlumat verib ki, bu, Gürcüstanda sayca 106-cı yanacaqdoldurma stansiyasıdır. Stansiyanın müasir tələblərə uyğun inşa olunduğunu bildirən şirkət rəsmisi burada 15 nəfərin işlə təmin edildiyini və soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli və Bolnisi rayonlarının hər birində yeni qazdoldurma stansiyasının açılacağını vurğulanıb.


Teqlər:  





Xəbər lenti