“Putin onlarla mütləq sevişərdi” - VİDEO

“Putin onlarla mütləq sevişərdi” - VİDEO
  18 Mart 2013    Oxunub:1669
Seksual azlıqlar birliyi LGBT-nin GLAAD Media Awards mükafatlandırma mərasimində səhnəyə çıxan Madonna Rusiya prezidentini sərt tənqid edib.
Pop diva aparıcı Anderson Kuperə mükafatını təqdim etmək üçün səhnəyə çıxıb, Rusiyada homoseksualizmə münasibət və “Pussy Riot” qrupunun həbsi ilə bağlı Putini yıxıb sürüyüb : “Əgər Putin “Pussy Riot”la bir otaqda qalsaydı, əminəm ki, onlarla sevişmək şansını əldən verməzdi. Yaxşı, yaxşı onlarla açıq dialoqa girər, bu üç qıza müasir Rusiyanın istedadlı üç gənci kimi yanaşmağa çalışardı. Görəsən, bundan sonra da o, qrupu 3 il müddətinə türməyə göndərərdi? Onlar hökuməti tənqid etdikləri üçün oradadırlar, bu, həqiqətən axmaqlıqdır”.

Madonna Rusiyada baş verənləri absurd adlandırıb. Allahın adından istifadə edərək homoseksualları sıxışdırmaq olmaz deyən Madonnanın sözlərinə görə, İsa Məsih hamını sevməyi öyrədirdi.





Teqlər:  





Xəbər lenti