Avropanın ən böyük Novruz şənliyi hazırlanır

Avropanın ən böyük Novruz şənliyi hazırlanır
  18 Mart 2013    Oxunub:2071
Köln şəhərində Avropanın ən böyük Novruz Bayramı şənliyi təşkil ediləcək.
Azerbaijan Student Network (ASN) 2011-ci ilin oktyabr ayında Almaniyada təhsil tələbə, məzun və gənc mütəxəsislər tərəfindən yaradılmış yerli və azərbaycanlı gəncləri özündə birləşdirən gənclər şəbəkəsidir.

Hazırda Azerbaijan Student Network xalqımızın əlamətdar günlərinə həsr olunmuş tədbirləri davam edir. Bu dəfə Azerbaijan Student Network və AZ Events 22 martda baharın gəlişini qeyd etmək üçün Köln şəhərində Avropanın ən böyük Novruz Bayramı şənliyini təşkil edəcək. Novruz Bayramına həsr olunmuş şənlikdə Almaniyanın və Avropanın müxtəlif şəhərlərində yaşayan Azərbaycandan, İrandan və Türkiyədən olan soydaşlarımız, tələbələr və o cümlədən, Azərbaycan mədəniyyəti ilə maraqlanan yerli qonaqlar iştirak edəcəklər.

Artıq üçüncü dəfə təşkil olunan Novruz Bayramı şənliyi 1000 nəfərə yaxın soydaşımıza Bahar Bayramını bir yerdə qeyd etmək imkanı yaradacaq. Tədbiri daha maraqlı etmək üçün Azərbaycandan Aftandil İsrafilov, Səidə Sultan, Türkiyədən Fahrettin Güneş və qrupu, İrandan Həbib Urmulu və Durnalar qrupu, Amerikadan Yaqub Zurufçu, Almaniyadan isə Qafqaz Xalq rəqsləri qrupu və Azərbaycan instrumental qrupu iştirak edəcəklər.



Teqlər:  





Xəbər lenti