NDI-ın əsgər ölümünə etiraz edən əməkdaşı əsgərlikdən yayınıb

NDI-ın əsgər ölümünə etiraz edən əməkdaşı əsgərlikdən yayınıb
  18 Mart 2013    Oxunub:1358
NDI-ın əməkdaşı, əsgər ölümü ilə bağlı keçirilən aksiyada fəal iştirakı ilə gündəmə gələn Ruslan Əsəd özü əsgərlikdə olmayıb.
Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, Ruslan Əsəd tamamilə sağlamdır və əsgərlikdən yayınmaq üçün heç bir əsası yoxdur. Buna baxmayaraq, hərbi xidmətə getməyib. Və bu işdə ona kömək edənlər olub.

Maraqlıdır, özü əsgərliyə getməyən şəxsin əsgər ölümünə son qoyulması tələbiylə keçirilən aksiyada fəal iştirak etməyə nə dərəcədə mənəvi haqqı var?!


Teqlər:  





Xəbər lenti