İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək

İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək
  22 Yanvar 2014    Oxunub:1286
İstanbulda Azərbaycan Film Festivalı keçiriləcək.
AzVision.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 24 yanvar - 2 fevral 2014-cü il tarixində Türkiyənin İstanbul şəhərində Avropa Azərbaycan Cəmiyyətinin və Türkiyənin nüfuzlu vəqflərindən olan Suna və Kıraç Fondu tərəfindən yaradılmış Pera Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Film Festivalı keçiriləcək.

Festivalda "Arşın mal alan", "Yarasa", "Buta", "Qala", "İlahi məxluq", "40-cı qapı", "Çövkən" və "Çölçü" kimi müxtəlif illərdə istehsal olunmuş Azərbaycan filmləri nümayiş olunacaq.

Festival haqqında ətraflı məlumat üçün: https://azvision.az/redirect.php?url=http://www.peramuzesi.org.tr/FilmProgram/%E2%80%9CBu-Kino-Cox-Gozal%E2%80%9D-Azerbaycan-Sinemasi/74


Teqlər:





Xəbər lenti