Nazirliyin saytı bərpa edildi

Nazirliyin saytı bərpa edildi
  18 Mart 2013    Oxunub:1895
Bu gündən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi saytı (www.mys.gov.az) bir sıra yeniliklərdən sonra fəaliyyətini bərpa edib
AzVision.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yeni dizaynda, bir sıra elektron xidmətlərlə zəngin saytda Nazirliyin fəaliyyəti, Dövlət gənclər siyasəti, bədən tərbiyəsi və idman, eləcə də Olimpiya Hərəkatına geniş yer ayrılıb.

Saytda həmçinin Gənclər və İdman Nazirliyinin fəaliyyət sferasına daxil olan hər iki sahə ilə bağlı, qanunvericilik, hüquqi normativ aktlar, fərman və sərəncamlar ayrıca olaraq əks olunub.

İnternet istifadəçiləri bu gün saat 15.00-dan etibarən www.mys.gov.az saytını ziyarət edə və rəsmi facebook səhifəsində də (https://azvision.az/redirect.php?url=http://www.facebook.com/mysofficial) izləyə bilərlər.



Teqlər:





Xəbər lenti