Bakı Ofisinin mandatı müzakirə olunur

Bakı Ofisinin mandatı müzakirə olunur
  18 Mart 2013    Oxunub:1336
Azərbaycan Xarici İşlər Nazirliyi ötən həftə ATƏT-in Bakı Ofisinin mandatı ilə bağlı ATƏT rəhbərliyinə və quruma üzv dövlətlərə məktub göndərib.
ATƏT-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanla ATƏT bu qurumun Bakı Ofisinin mandatı məsələsini müzakirə edirlər.

ATƏT-in mətbuat xidmətinin rəhbər müavini Frane Maroeviç verdiyi açıqlamada məktubda qoyulan məsələnin Daimi Şuranın martın 14-də keçirilmiş iclasında müzakirə olunduğunu deyib. Müzakirələrin mahiyyətini açıqlamayan Maroeviç bildirib ki, müzakirələr məxfi xarakter daşıyır.

Onun sözlərinə görə, qaldırılan məsələ ATƏT-in baş katibi Lamberto Zannyerin Azərbaycana səfəri zamanı prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə də müzakirə olunub.

Qeyd edək ki, ATƏT-in ofislərinin mandatı yerli hökumətlə razılaşdırılır və ATƏT-ə üzv 57 ölkənin yekdil qərarı ilə təsdiqlənir.

ATƏT-in Bakı Ofisi 2000-ci ildən fəaliyyət göstərir, onun mandatı hər il təzələnir. Ofisin mandatı sonuncu dəfə ötən ilin noyabrında təzələnib, büdcəsi isə ötən ay təsdiqlənib. (apa)


Teqlər:  





Xəbər lenti