Azərbaycanlı Moskvada əfqanı oğurladı

Azərbaycanlı Moskvada  əfqanı oğurladı
  18 Mart 2013    Oxunub:1385
Əfqanıstan vətəndaşından 5 milyon rubl tələb olunub
İstintaq qrupunun məlumatına görə martın 16-da 3 nəfər Kotelniki şəhərində Əfqanıstanlı biznesmeni bir müddət evinin ətrafında güdüblər. Sonra onu döyərək zorla Porsche Cayenne markalı avtomobilə oturdub ondan 5 milyon rubl tələb ediblər.

İş adamı pul barədə öz firmasında çalışan bir qadına bildirib. Həmin qadın isə hüquq-mühafizə orqanlarına müraciət edib. Martın 17-də tələb olunan məbləğin bir hissəsi əvvəlcədən təyin edilmiş ünvana gətirilib. Həmin vaxt 30 yaşlı Azərbaycan vətəndaşı pulu alarkən həbs edilib. Bundan sonra, martın 18-də onun ortaqları Əfqanıstan vətəndaşını azad ediblər.

Faktla bağlı Rusiya Cinayət Kodeksinin 126-cı maddəsi (adam oğurluğu) üzrə cinayət işi açılıb.

Hazırda müfəttişlər saxlanılan şəxsin cinayət ortaqlarını axtarırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti