Dövlət Komitəsi konfrans keçirəcək

Dövlət Komitəsi konfrans keçirəcək
  18 Mart 2013    Oxunub:1605
Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli, 2679 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan xalqının milli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, qeyri-hökumət təşkilatlarının, ictimai-siyasi təşkilatların, beynəlxalq təşkilatların, elm və tədris müəssislərinin nümayəndələrinin, iqtisadçı alimlərin iştirakı ilə 2013-cü il may ayının 3-də “Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
Konfransda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə bazar iqtisadiyyatı prinsipləri əsasında milli iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşmasında müstəsna rolu olan geniş miqyaslı mülkiyyət islahatlarının və dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsi istiqamətində atılan tarixi addımlar, qəbul edilən qərarlar, ardıcıl və səmərəli tədbirlərin sosial-iqtisadi aspektləri, onların nəticələrinə dair məruzə və çıxışlar dinləniləcək, geniş müzakirələr aparılacaq.
Elmi-praktiki konfransda dövlət qurumlarının, elmi tədqiqat idarələrinin, tədris
müəssislərinin, vətəndaş cəmiyyətinin nümayəndələrinin, iqtisadçı alimlərin iştirakı, göstərilən mövzu ilə bağlı məruzə və təqdimatların keçirilməsi nəzərdə tutulur.
Konfransda iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində (https://azvision.az/redirect.php?url=http://www.emdk.gov.az) əvvəlcədən qeydiyyatdan keçməlidirlər.


Teqlər:  





Xəbər lenti