Uşaq yaradıcılıq sərgisindən FOTOLAR

Uşaq yaradıcılıq sərgisindən FOTOLAR
  24 Yanvar 2014    Oxunub:2164
Müasir İncəsənət Muzeyinin və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə uşaq yaradıcılıq sərgisi açılıb.
Bu gün Müasir İncəsənət Muzeyinin (MİM) və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə MİM-də uşaq yaradıcılıq sərgisi açılıb.

AzVision.az xəbər verir ki, açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova muzeyin kollektivinə və sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən layihənin rəhbərinə və valideynlərə təşəkkürünü bildirib. O, qeyd edib ki, ustad dərslərində iştirak etmək istəyənlərin sayı çoxalmaqdadır. Valideynlər bu dərslərlə çox maraqlanırlar. Belə dərslər uşaqların yaradıcılığının inkişafına öz müsbət təsirini göstərir. Elə uşaqlar var ki, onların işləri artıq nümayiş edilmiş, elələri isə var ki, belə mötəbər sərgidə ilk dəfədir iştirak edirlər. Onların hamısına uğurlar arzulayıram.

“Da’ART” uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva bildirdi ki, bu gün əl işləri nümayiş olunan uşaqlar üçün əlamətdar gündür və onların yaddaşında həmişəlik qalacaq.

Dilarə Atakişiyeva gözəl ideyaya görə “YARAT” Müasir İncəsənət Məkanının rəhbərinə təşəkkür edərək studiyanın gələcək planlarından danışdı. O, bildirdi ki, müvafiq layihə davam edəcəkdir. İldə iki dəfə muzeydə ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

Sərgi üç ay ərzində hər həftənin bazar günlərində MİM-də keçirilən 7-13 yaşlı uşaqlar üçün ustad dərslərinin nəticəsi olaraq təqdim olunur. Ustad dərslərində gənc iştirakçılar peşəkar rəssamların rəhbərliyi altında yaradıcılıq düşüncəsinin, kompozisiyanın, yapmanın, kollajın, fotonun və batikanın əsaslarını dərk ediblər.

Ustad dərslərində Çingiz Babayev, Mətin Şərifov, Aqşin Kazımov, Xanlar Əsədullayev, Nadiya Taziyeva, həmçinin “Da’ART” uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva və müəllimləri Nübar Şahbazova, Zina Qasımova da iştirak etmişlər.

Ümumilikdə 150-dək əl işinin nümayiş olunduğu sərgi yanvarın 31-dək davam edəcək.

Qalereya




Teqlər:





Xəbər lenti