Prezident qəbul etdi

Prezident qəbul etdi
  18 Mart 2013    Oxunub:1599
Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul edib.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində yaxşı səviyyədə olduğunu vurğulayıb.

Ölkələrimiz arasında əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində yaxşı ənənələrə malik olduğunu deyən Prezident İlham Əliyev bu əməkdaşlığın müdafiə sahəsində daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd edib.

Gürcüstanın müdafiə naziri kimi Azərbaycana səfərindən məmnunluğunu bildirən İrakli Alasaniya səfərinin müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi baxımından önəmli olduğunu bildirib.


Teqlər:  





Xəbər lenti