“Azərbaycan cəmiyyətinin gələcəyini mediasız təsəvvür etmirik

“Azərbaycan cəmiyyətinin gələcəyini mediasız təsəvvür etmirik
  18 Mart 2013    Oxunub:1689
"Mediasız, siyasi partiyalarsız, ictimai təşkilatlarsız Azərbaycan cəmiyyətinin gələcəyini təsəvvür etmək mümkün deyil".
Bunu Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Artıq 4 ildir ki, biz Yeni il və Novruz bayramlarında ildə iki dəfə fərdi jurnalist müsabiqələrinin təqdimatına toplaşırıq. Bu, Azərbaycanda artıq bir ənənə halını alıb. Burada məqsəd təkcə jurnalistlərin daha yaxşı yazı nümunələrini təqdim edib onlara pul mükafatları vermək deyil, eyni zamanda media nümayəndələrini bir araya gətirərək onlar arasında yeni bir ünsiyyət növü yaratmaqdır. Bu ünsiyyətdə siz bir tərəfdən bir-birinizlə yaradıcılıq müvəffəqiyyətlərinizi bölüşürsünüz, digər tərəfdən, şəxsi tanışlığınızı inkişaf etdirirsiniz, media rəhbərləri ilə yaradıcılıq uğurlarınızı bölüşürsünüz", - Həsənov bildirib.

Həsənovun sözlərinə görə, digər tərəfdən, medianın bir-biri ilə ünsiyyəti, o cümlədən ölkəmizin tanınmış, nüfuzlu, hörmətli insanları ilə belə ünsiyyətlər vətəndaş cəmiyyətinin quruculuğunda, siyasi plüralistik cəmiyyətin formalaşmasında media ilə insanlar, media ilə məmurlar, media ilə cəmiyyət arasında ünsiyyətin yaxşılaşdırılmasına, intensivləşməsinə xidmət göstərir.

PA rəsmisi qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və 1998-ci ildən bu günə qədər Azərbaycanda davam edən azad media mühiti, söz, siyasi plüralistik cəmiyyət quruculuğu bu gün də müvəffəqiyyətlə öz işini davam etdirir: "Mən əminəm ki, media işçiləri indiyə qədər olduğu kimi, bundan sonra da bu demokratik dövlət, cəmiyyət quruculuğuna öz töhfələrini verəcəklər. Biz mediasız, siyasi partiyalarsız, ictimai təşkilatlarsız Azərbaycan cəmiyyətinin gələcəyini təsəvvür etmirik".



Teqlər:  





Xəbər lenti