Ermənistan korrupsiya içində boğulur

Ermənistan korrupsiya içində boğulur
  19 Mart 2013    Oxunub:2317
Avropa İttifaqı Ermənistanda Korrupsiyanın səviyyəsinin yüksək olduğunu mətbuat azadlığının olmadığını bəyan edib.
“Ermənistanda korrupsiyanın səviyyəsi yüksək olaraq qalır ”. Avropa İttifaqının Ermənistandakı baş məsləhətçisi Onno Simmons “Korrupsiya ilə mübarizədə media və cəmiyyətin rolu” movzusunda keçirilən seminarda belə deyib.

“Korrupsiya hələ də ölkə üçün ciddi problem olaraq qalır” deyən Simons Transparency International təşkilatının 2012-ci il reytinqi üzrə Ermənistanın 176-cı yerdə ( bu ölkədə korrupsiyanın səviyyəsi105-112-ci yerləri tutan Əlcəzair, Boliviya, Qambiya, Kosovo,Mali, Meksika və Filippindən də yüksəkdir-red.) qərar tutduğunu da xatırladıb.

Simons, həmçinin biznes sahəsində də güclü korrupsiyanın müşahidə olunduğunu bildirib.

Öz növbəsində Avropa İttifaqının “ Ermənistanın ictimai sektorunda korrupsiya ilə bağlı vəziyyətin araşdırılması” proqramının rəhbəri Londa Esadze qeyd edib ki, korrupsiyada KİV-lərin rolu olduqca böyükdür, lakin Ermənistanda mətbuat azadlığı olmadığından mübarizə aparmaq da mümkün deyil.

Ermənistanda 1995-ci ildə təkcə dövlət sektorunda korrupsiyanın səviyyəsi 0-100 arasında dəyişib.(0 ölkədə korrupsiyanın olduqca yüksək olduğunu, 100 isə ölkədə korrupsiyanın olmadığın bildirir-red.)

Transparency International təşkilatına əsasən regionda korrupsiyanın səviyyəsi nisbətən az olan ölkə reytinq cədvəlində 51-ci yerdə olan Gürcüstandır.

Türkiyə korrupsiyanın səviyyəsinə görə 54-57, Rusiya və İranda 133-138, Azərbaycanda isə 139-143-cü yerlərdədir. Ermənistanın 176-cı yerdə olması isə bu ölkənin korrupsiya içərisində boğulduğundan xəbər verir.

AzVision.az


Teqlər:





Xəbər lenti