Erməni ilə azərbaycanlının sevgi hekayəsi
“Ərmən – Şuşanikin sevgisi” kitabında eyni adlı hekayəylə yanaşı Mahir Qabiloğlunun 2013-cü ildə qələmə aldığı bədii və publisistik yazılardan seçmələr çap edilib. “Ərmən”, “O dünyadan məktublar”, “Atam Qabilin və dostlarının baməzə əhvalatları”, “Həyat müşahidələrim” adlı bölmələrdə Siz müəllifin müxtəlif səpkili 85 yazısıyla tanış ola biləcəksiniz.
444 səhifədən ibarət kitab “Bakı Çap evi”ndə nəfis tərtibatda çap olunub . Nəşrin redaktoru və bədii tərtibçisi İbrahim Nizamioğlu, korrektoru isə Mahmud Qəzənfəroğludur.