Deputat Moldovaya gedəcək

Deputat Moldovaya gedəcək
  19 Mart 2013    Oxunub:1430
Millət vəkili Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində iştirak edəcək
Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, millət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev martın 25-dən 28-dək Moldovanın paytaxtı Kişinyovda səfərdə olacaq.

Deputatımız QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər üzrə Komitəsinin 40-cı iclasında iştirak edəcək. İclasda “QDİƏT-ə üzv ölkələrin universitetləri arasında diplomdan sonrakı təhsil səviyyəsində əməkdaşlığın üstünlüyü və perspektivləri” mövzusunda məruzə və müvafiq qətnamə layihəsi təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Asəf Hacıyev ölkəmizin mövqeyindən çıxış edərək məsələlərə münasibət bildirəcək.



Teqlər:  





Xəbər lenti