“Eurovision”da qonaqlar qayıqla qarşılanacaq
AzVision.az “Eurovision” mahnı müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq qayıqlar birbaşa dəniz vasitəsilə qonaqları Nyhavn dəniz limanından müsabiqənin keçiriləcəyi “B&W Hallerne” arenasına gətirəcək.
Kopenhagenin əsas yolları Rifşelona aparmadığından yarışmanın işçi qrupu tərəfindən qonaqların rahatlığını təmin etmək məqsədilə Nyhavn dəniz limanına yeni transfer qayıqlar gətirilib.
Şounu izləməyə gələcək on minlərlə tamaşaçını yerləşdirmək məqsədi ilə qayıqlara əlavə oturacaqların qoyulması planlaşdırılır.