Obama etirazlarla qarşılandı

Obama etirazlarla qarşılandı
  19 Mart 2013    Oxunub:1293
Obamanın Yaxın Şərq turnesi fələstinlilər tərəfindən etirazla qarşılanıb
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın sabah gerçəkləşəcək İsrail səfəri İordan çayının Qərb sahilində birmənalı qarşılanmayıb. Küçələrə çıxan narazı kütlə üzərində "heç kim zülmə və işgəncəyə məruz qalmamalıdır" şüarları səsləndirib. Həmçinin Obamanın gəlişi şərəfinə asılan portretlər ərəblər tərəfindən ayaqqabı atəşinə tutulub. Etiraz aksiyasının kluminasiya nöqtəsi isə Ağ Ev rəhbərinin şəkillərinin yandırılması və ayaqlar altına atılması olub.

Obamanın səfər proqramına gəlincə, onun İsrail rəsmiləri ilə yanaşı Fələstinin dövlət üzvləri də görüşəcəyi gözlənilir. Yenidən prezident seçilən Obamanın ilk rəsmi səfəri sayılan bu turnedə 2010-cu ildən yarımçıq qalan Yaxın Şərq sülh prosesini də masaya yatıracağı söylənilir.

Bununla belə amerikalı liderin nəyəsə nail olacağı hamıda, o cümlədən sadə yəhudilərdə və ərəblərdə də şübhə doğurur. Onlar hesab edir ki, kökləri dərin olan problemi həll etmək üçün ilk növbədə İsrail və Fələstin rəhbərləri özündə siyasi iradə tapmalıdır.

Bununla belə Amerika prezidentinin səfərinin yaxın Şərqdə bir müddət silahları susduracağına inananlar da var. Qeyd edək ki. Barak Obama Benyamin Netanyahu və Mahmud Abbasla görüşdükdən sonra İordaniyaya səfər edəcək.


Teqlər:  





Xəbər lenti