Qadınların yaddaşı daha güclüdür

Qadınların yaddaşı daha güclüdür
  30 Yanvar 2014    Oxunub:1263
Norveçdə alimlər yaşlı insanlar arasında yayılan əqli çatışmazlıqlarla bağlı geniş tədqiqatı yekunlaşdırıblar.
Eskperimentdə əhalisinin sayı 130 min nəfər olan Nur-Trendelaq mərkəz dairəsinin əhalisi iştirak edib.

50 min nəfər iştirakçıdan 222 nəfəri yaşlı insanlara xas olan əqli çatışmazlıqlardan əziyyət çəkirdilər. 30 yaşları tamam olan insanlar isə yaddaş problemlərinə həsr olunmuş anketləri doldurublar.

Onlara rəqəmlər, adlar, hadisələrlə bağlı yaddaş testlərində sınamışdılar. Bütün iştirakçılar arasında qadınlara nisbətən ən çox kişilər yaddaş problemlərindən şikayət edirdilər. Belə ki, kişilər önəmli tarixləri tez-tez unudurdular.

Kişilər arasında ahıl vaxtlarda əqli və fiziki problemlərin yaranmasında, yaddaşın zəifləməsində digər səbəb kimi, zərərli (siqaret, alkoqol, narkotik), az hərəkətli (ofis işi) həyat obrazının onlarda daha geniş yayılmasıdır. Ürək-damar problemləri də yaddaş pozğunluğuna yol açan digər səbəbdir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti