İlham Əliyev Tunis prezidentini təbrik etdi

 İlham Əliyev Tunis prezidentini təbrik etdi
  19 Mart 2013    Oxunub:1431
Azərbaycan prezidenti İlham Əliyev Tunis prezidenti Monsef Mərzukiyə təbrik məktubu göndərib. Təbrikdə deyilir:
“Hörmətli cənab prezident, Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Tunis münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcək. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.


Teqlər:  





Xəbər lenti