Stradivarinin skripkası oğurlandı

Stradivarinin skripkası oğurlandı
  31 Yanvar 2014    Oxunub:1161
ABŞ-da Stradivarinin 300 yaşı olan skripkası oğurlanıb.
ABŞ-ın Milouki şəhərindəki (Viskonsin ştatı) kollecdə naməlum şəxslər Stradivari tərəfindən təxminən 300 il əvvəl hazırlanan skripkanı oğurlayıblar. AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə USA Today qəzeti məlumat yayıb.

Yerli polis əməkdaşının dediyinə görə, Milouki simfonik orkestrinin konsertmeysteri Frenk Elmond çıxışından sonra kollecə məxsus avtomobil saxlama yerinə gedib. Onu burada gözləyən naməlum şəxs musiqiçini elektroşokerlə vuraraq skripkanı götürüb və cinayət ortağının avtomobilinə minib aradan çıxıb.

Hazırda polis qarətçiləri axtarır.

Qəzet yazır ki, 1715-ci ildə düzəldilmiş bu skripkaya əvvəllər tanınmış italyan musiqiçisi Cüzeppe Tartini və polyak skripkaçı Karol Lipinski sahib olublar. Oğurlanan musiqi alətinin qiymətinin Stradivarinin 2006-cı ildə 3,5 milyon dollara satılan digər skripkasının qiymətinə bərabər olduğu bildirilir.


Teqlər:





Xəbər lenti