”Sözümün arxasındayam”

”Sözümün arxasındayam”
  20 Mart 2013    Oxunub:1827
”Mən dəfələrlə sionizmi qınamışam və bu mövzuda mövqeyim aydındır”.
Baş nazir Ərdoğan sionizmin bütün insanlığa qarşı cinayət adlandırması ilə bağlı açıqlamalarını dəyərləndirərkən “Mənim Vyanada söylədiyim sözlərin mübahisələrə səbəb olduğunu bilirəm. Qoy, heç kim mənim söylədiklərimi yalnış anlamasın. Elə həssas mövzular var ki, onlar haqqında susmaq olmaz. Xüsusilə Qəzza bölgəsində, İsrailin apardığı siyasətə qarşı səssiz qalmaq mümkün deyil” deyib.

“Bu gün Türkiyə bütün beynəlxalq qaydalara əməl edərək Fələstin-İsrail münaqişəsinin həllini dəstəkləyir. Mən dəfələrlə sionizmi qınamışam və bu mövzuda mövqeyim aydındır. Buna görə də BMT-nin Vyanada keçirilən konfrans zamanı söylədiklərimin arxasında dururam”,-deyə baş nazir bildirib.



Teqlər:





Xəbər lenti