Novruz gəlir elimə

Novruz gəlir elimə
  20 Mart 2013    Oxunub:1906
Novruz xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.
Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.

Qeyd edək ki, bahar fəsli Azərbaycana bu il martın 20-də saat 15.02 radələrində daxil olur. Odur ki, martın 20-si Azərbaycanda bayram axşamı, martın 21-i isə bayram günü hesab olunur.

Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.

Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-dən 25-dək olan günlər rəsmi qeyri-iş günləri hesab edilir. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, martın 23-ü və 24-ü istirahət günləri ilə üst-üstə düşdüyündən, martın 25-i və 26-sı da qeyri-iş günü elan edilib.


Teqlər:  





Xəbər lenti