Azərbaycan erməniləri təhvil verdi

Azərbaycan erməniləri təhvil verdi
  20 Mart 2013    Oxunub:1393
Təmas xəttini pozaraq Azərbaycan tərəfinə keçən vətəndaşlar Ermənistana təhvil verilib
AzVision.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, proses bu gün olub. Proses Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı və İrəvan nümayəndələrinin iştirakı ilə Tovuz rayonunun sərhədində baş tutub.

Qeyd edək ki, martın 16-da Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç, İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna təmas xəttinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.



Teqlər:  





Xəbər lenti