İdeoloji diversiya bölüyü və onun əsgərləri: Şəxsən tanıyın!

   İdeoloji diversiya bölüyü və onun əsgərləri:    Şəxsən tanıyın!
  22 Oktyabr 2020    Oxunub:50949
Gəlin, belə bir eksperiment aparaq. Aşağıdakı abzası oxuyun və təxmin etməyə çalışın ki, o, hansı ölkənin media resursunda dərc edilə bilərdi?
“İgid əsgər, möhkəm dayan” notları altında səngərə və sığınacaqlara ehtiyat qida və yaşayış vasitələri göndərilir, qarşılığında evlərə həlak olmuş əsgərlərin üçrəngli bayrağa bürünmüş nəşləri daxil olur. Buna baxmayaraq, sosial mediadan da göründüyü kimi, insanlar eyforiyada yaşamağa davam edir, “irəli” şüarları altında prezidentin azad edilmiş torpaqlarla bağlı növbəti müraciətini dördgözlə gözləyirlər”.

Erməni təbliğatının son günlərdə istifadə etdiyi tipik tezislərdirmi? Bəli! Erməni saytları gecə-gündüz bu cür fikirləri tirajlayırlarmı? Bəli! Bu cümlələr də bir erməni saytındandırmı?.. Hmmmm... “Bəli” demək olmur, amma “Xeyr” demək də mümkün deyil. Çünki bu cümlələr “meydan.tv” saytındadır – o resursdan ki, Azərbaycanın informasiya məkanında fəaliyyət göstərsə də, əslində tamam fərqli missiya yerinə yetirir.

Vətən Müharibəsi başlayandan bu yana xalq indiyə qədər heç vaxt olmadığı kimi birləşib. Cəmiyyətdə demək olar ki, heç bir məsələdə fikir ayrılığı yoxdur. Amma həm daxildə, həm də xaricdə bir qrup şəxs və bir neçə media resursu bu birliyi pozmaq üçün əllərindən gələni edirlər. Onların hamısı eyni tezislər əsasında fəaliyyət göstərirlər: Guya bu savaş xalqın deyil, hökumətlərin müharibəsidir, xalqa isə torpaqları yox, sülh lazımdır.

Baxmayaraq ki, Xalq hər dəfə bu sözü deyənlərin üzünə tüpürür, onlar həsəd aparılası bir gönüqalınlıqla sifətlərinin o birini tərəfini çevirib, eyni şeyi təkrarlayırlar. Və dövlətin apardığı Vətən Müharibəsinə bütün varlığı ilə dəstək olan xalqı ittiham etməyə çalışırlar: “Millətçilik duyğusuyla alovlanmış sosial media hesabları sülh çağırışlarını susdurmağa çalışır, indiki qarşıdurmanın Azərbaycanın itirilmiş ərazilərinin geri qaytarılması üçün önəmli, pasifizmin yersiz, sülh və barışıq düşüncələrinin önünün açılmasının yalnız müharibə qələbə ilə bitərsə, mümkün olduğunu qeyd edirlər” ( meydan.tv-dəki eyni yazıdan).

Bu adamları birdəfəlik yaxşı-yaxşı tanıyıb, adlarının üstündən qalın çarpaz xətt çəkməyin vaxtıdır. İyul ayında Tovuz hadisələrindən sonra bütün dünyada soydaşlarımız ayağa qalxıb, Qarabağa ədalət istəyəndə onlar həmin aksiyaların da guya “hökumətin maraqlarına xidmət etdiyini” deyir, Xalqın əzminə və iradəsinə kölgə salırdılar. Tezislərin və sifətlərin eyni olması prosesin eyni yerdən idarə olunduğunu deməyə əsas verir.

Bu tezislər belə bir ideoloji xəttə uyğun işlənilir ki, hazırkı Müharibədə hər iki tərəfi bərabər tutmaq lazımdır: Hər iki tərəfdən günahsız insanlar ölür və ancaq hökumətlərə lazım olan bu faciələrə son qoyulmalıdır. Belə çıxır, təcavüzə uğrayanla təcavüzkarın, işğalçı ilə işğala məruz qalanan heç bir fərqi yoxdur. Yəni onlar bilərəkdən haqlı və haqsız tərəf anlayışlarını silməyə çalışırlar ki, Azərbaycanın mübarizəsi haqlı, Ermənistanın mövqeyi haqsız görünməsin.

Bu, dövlətə və xalqa qarşı həm xəyanət, həm də ideoloji təxribatdır. Bu xəyanət ideologiyasına xidmət edənləri şəxsən, bir-bir, sifətdən tanımaq lazımdır. Ayrı-ayrı fəallar olaraq xaricdə Arzu Qeybulla, Emin Hüseynov və digərləri; daxildə Qiyas İbrahim, Nərmin Şahmarzadə, Vəfa Nağı və başqaları bu ideoloji təxribat maşınının vintləri kimi durmadan işləyirlər. Həmin maşının mühərriki isə meydan.tv-dir.

Faktik olaraq, bu adamlar Erməni təbliğatının Azərbaycan tərəfindəki xüsusi təyinatlı qruplaşması vəzifəsini yerinə yetirirlər. Bunların hamısının etdikləri elə əvvəlcədən bağışlanmaz və dözülməz olsa da, getdikcə xəyanətin, alçaqlığın dozası daha da artır. Bu xainlər “pasifizm”, “no war” deyə-deyə şəhidlərimizi təhqir edirlər, Vətənin Azadlığı üçün qurban gedən Azərbaycanlı gənc ilə işğalçı əsgəri bir tuturlar. Vətən müharibəsinin lazımsız olduğunu iddia edir, xalqın qəzəbini düşməndən yayındırıb, öz rəhbərliyinə yönəltməyə çalışırlar. Ən böyük məqsədləri Müharibə gedən ölkədə daxili birliyi pozmaq, xalqın iqtidara dəstəyini zəiflətməkdir. Bu, dünya qədər qədim olan klassik sxemdir.

Soruşa bilərsiniz: Bəlkə onlar doğrudan da, ideoloji pasifist, humanistdirlər, insanların ölməsini istəmirlər və Bəşəri dəyərlər uğrunda mübarizə aparırlar?! Qətiyyən. Onlara öz paylaşımlarının altında minlərlə insan min dillə izah edir, başa salır; Meydan.tv-nin paylaşımlarının, Gündüz Ağayevin karikaturalarının altında hamı onları söyür, lənətləyir, qeyrətə gəlib, xalqın yanında olmağa çağırır – amma çifayda, onlar öz missiyalarını yerinə yetirirlər və yetirməkdə də davam edəcəklər, çünki hər zaman bu iş üçün hazırlanılıb, bəsləniliblər.

Əlbəttə ki, bu erməni ideoloji diversiya qruplarının ən böyüyü məhz Meydan.tv-dir. Məqalənin əvvəlində sitat gətirdiyimiz fikirlər məhz həmin saytda dərc olunan yazıdandır. “ Anonymous Anonymous ” imzası ilə yayımlanan məqalə açıq-aşkar erməni mövqeyindən yazılıb.



Belə bir saytda özünü azərbaycanlı sayan şəxslərin işləməsi ən azından, ciddi suallar doğurur. Biz həmin sualların bəzilərini vermək istəyirik: Niyə meydan.tv-nin azərbaycanlı əməkdaşlarının heç biri redaksiyalarının bu təxribatçı xəttinə etirazını bildirmir? Doğrudanmı, onların heç birində Vətən, Dövlət təfəkkürü qalmayıb? Mümkündürmü ki, bütöv bir redaksiyanın əməkdaşlarının hamısı eyni vaxtda dönüb, “pasifist” olsunlar?

Sualları məchulluğa ünvanlamamaq üçün meydan.tv-nin – “sayt” örtüyü altında fəaliyyət göstərən bu ideoloji təxribat mərkəzinin bütün əməkdaşlarını şəxsən tanımağınızı istəyirik. Buyurun. Xalq öz “qəhhhhrəmanlarını” tanımalıdır!


Natiq Cavadlı – Meydan.tv-nin Bakı bürosunun rəhbəri


Aynur Qəmbərova (Elgünəş) – Bakı bürosunun redaktoru


Aytac Əhmədova (Tapdıq) – müxbir


İzolda Ağayeva - müxbir


Sevinc Vaqifqızı (Abbasova) - müxbir


Aysel Umudova – müxbir


Məmməd Süleymanov – xəbərlərə görə məsul şəxs


Aytən Fərhadova – Gürcüstan bürosunun rəhbəri


Kamran Mahmudov – analitik materiallara məsul şəxs


Əli Camal – Yazar


Aytən Mürsəlova – Aparıcı


Xəyalə Ağayeva – müxbir


Sevda Səmədova, Aqşin Əsədov – ailə, hər ikisi müxbir işləyir

----------------------------------------
Vüsal Məmmədov
Azvision.az



Teqlər: İdeoloji-təxribat   İnformasiya-müharibəsi  





Xəbər lenti