Bu gün Səməd Vurğunun ad günüdür

Bu gün Səməd Vurğunun ad günüdür
  21 Mart 2013    Oxunub:2210
Bu gün Azərbaycanın ilk Xalq şairi, iki dəfə Stalin mükafatı laureatı olan və Lenin ordeni almış Səməd Vurğunun doğum tarixidir.
Səməd Yusif oğlu Vəkilov 1930-cu illərdə Aleksandr Puşkinin "Yevgeni Onegin",Maksim Qorkinin "Qız və ölüm", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərlərini Azərbaycan dilinə tərcümə edir.

Şairin ilk çap əsəri olan "Cavanlara xitab" şeiri 1924-cü ildə Tiflisdə çıxan "Yeni fikir" qəzetində dərc olunub.

1930-1940-cı illər Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrü sayılır. "Könül dəftəri" və "Şeirlər" adlı kitabları nəşr olunub.
Təkcə 1935-ci ildə 7 poema və 100-ə yaxın şeir yazıb.1934-cü ildə yazdığı "Azərbaycan" şeiri Azərbaycan ədəbiyyatının incilərindən hesab olunur.

1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı, Puşkinin "Yevgeni Onegin" mənzum romanını , Şota Rustavelinin "Pələng dərisi geymiş pəhvəlan" əsərinin bir hissəsini, Taras Şevçenkonun, İlya Çavçavadzenin və Cambul Cumayevin bir çox şeirlərini ana dilinə tərcümə edib.

1937-ci ildə "Vaqif" dramını yazıb, 1939-cu ildən başlayaraq Nizaminin "Leyli və Məcnun" poemasını Azərbaycan dilinə çevirib və mənzum dram əsəri olan "Xanlar"ı qələmə alıb. Sonrakı illərdə "Fərhad və Şirin", "İnsan" əsərlərini , "Zəncinin arzuları", "Muğan", "Aygün" və "Zamanın bayraqdarı" poemalarını qələmə alıb.

1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu olub. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib, sovet xalqlarının sevimli şairi kimi tanınıb. 1956-cı ilin martında "Azərbaycanın xalq şairi" adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.

Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib, ayın 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti