İvanişvili bizi öz dilimizdə təbrik etdi Foto

İvanişvili bizi öz dilimizdə təbrik etdi Foto
  21 Mart 2013    Oxunub:1356
Gürcüstanın baş naziri Bidzina İvanişvili martın 21-də azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərinə səfər edib.
Marneuli sakinləri ilə görüşən baş nazir Novruz tonqalını alovlandırıb. B. İvanişvili çıxış edərək azərbaycanlıları Azərbaycan dilində salamlayıb və Novruz bayramı münasibətilə hamını təbrik edib.

Baş nazir sonra gürcü dilində baharın gəldiyini, torpağın oyandığını, Gürcüstanda azərbaycanlıların layiqli vətəndaşlar olduğunu və gürcülərlə azərbaycanlıların həmişə sülh və əmin-amanlıq içində yaşadıqlarını bildirib. B. İvanişvili çıxışını Azərbaycan dilində “Sizi sevirəm” sözləri ilə bitirib.

Sonra baş nazir Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Cəzaların icrası və hüquqi yardım naziri Sozar Subari və elm və təhsil naziri Georgi Marqvelaşvili, Marneuli, Bolnisi, Dmanisi rayon rəhbərləri və digər şəxslərlə birlikdə “Ceyran” folklor ansamblının üzvlərinin nümayiş etdirdiyi Azərbaycan və gürcü “Leqasi” folklor rəqs ansamblının ifasında gürcü rəqsinə baxıb. Tədbirdə gürcü və Azərbaycan mahnıları da səsləndirilib.

Bu gün B. İvanişvili Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və qonaqlarla birlikdə Marneulidəki “Çay Evi”nə də baş çəkib.

Baş nazir jurnalistlərə açıqlamasında Novruzun gəlişi ilə torpağın nəfəs aldığını bildirib: “Bu, yaz bayramı, təbiətə hörmət bayramı və həyatın davam etməsidir. Hər şey yaxşı düşünülüb. Mən sizləri çox sevirəm və ürəkdən hamınızı təbrik edir, yaxşı nə varsa, sizə arzulayıram. İstərdim ki, hər biriniz doğrudan da özünüzü Gürcüstanın layiqli vətəndaşları kimi hiss edəsiniz”.(apa)


Teqlər:





Xəbər lenti