Arıqlamaq üçün şarlar

Arıqlamaq üçün şarlar
  10 Fevral 2014    Oxunub:1421
Böyük Britaniyada tibb işçiləri arıqlamaq üçün hava şarlarından istifadə etməyə başlayıblar.
Şar balonları ölçülərinə görə, adi həblərlə eyni olduqlarına görə, onların tətbiqi üçün heç bir cərrahi müdaxiləyə ehtiyac yoxdur. Pasientlərə sadəcə xüsusi kapsulanı udmaq kifayətdir.
Arıqlamaq istəyənlər həbi udduqdan sonra o daxildə alma ölçüsünə qədər şişir, ona bitişik boru isə orqanizmdən çıxarılır. Prosedurdan sonra pasientin mədəsində balon qalır. Şar balonu insana çox yeməyə imkan vermir.

Müəyyən müddət bitdikdən sonra mədəyə ikinci şar da yerləşdirilir. Bu proseduralar arıqlama üçün təkan olur.
İş ondadır ki, balonlar mədədə 90 gündən artıq qala bilməz. Sonradan onlar bədəndən çıxarılır və arıqlamaq istəyən pasient artıq çəki yığımamaq üçün özünü və həyat tərzini şəxsən idarə etməlidir.

Hazırda bu proseduru yalnız piylənmənin ağır formasından əziyyət çəkməyən və əməliyyata ehtiyacı olmayanlara təyin edirlər. Prosedurun maliyyə dəyəri isə 4500 dollar təşkil edir.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti