Hansı vəziyyətdə yatırsınız - TEST

Hansı vəziyyətdə yatırsınız - TEST
  10 Fevral 2014    Oxunub:8260
İnsanın hansı pozada yatması onun barəsində xeyli məlumat verir - o, nə haqqında fikirləşir, nə hiss edir və nə istəyir...
Psixoloqlar müəyyən ediblər ki, yuxu zamanı insanın poza ilə onun dünyagörüşü arasında sıx əlaqə mövcuddur. Bundan əlavə, mütəxəssislər iddia edirlər ki, insanın bədən dili heç zaman yalan danışmır. Elə isə insanın yuxu zamanı tutduğu poza bizə nələri deyə bilər?

İnsanın tutduğu poza onun şüuraltısı ilə bağlıdır. Söz vasitəsilə ünsiyyət zamanı insan öz şüurun idarə edə bilir və bunun sayəsində öncədən yalan informasiya verə bilər.

Bədən dilini isə aldatmaq mümkün deyil. Buna görə, bizim pozalar, mimikalar və jestlər bizim haqda sözlərdən daha çox məlumat verir. Ən dəqiq məlumatı isə yuxu zamanı insanların tutduğu poza verir.

Gümrah halda insan öz mimika və jestlərini idarə etməyi qismən öyrənə bilər. Yatan insanın şüuru isə qeyri-aktiv vəziyyətdə olur və onun bütün hərəkətləri sırf şüuraltı vəziyyətdə yönəldilir. Əlbəttə, heç bir insan bütün gecəni eyni vəziyyətdə yata bilməz.

Gecə ərzində insan 40 dəfəyə qədər öz pozasını dəyişə bilər. Əgər o stress vəziyyətindədirsə, onda bu hal daha tez-tez təkrarlanacaq. Lakin bütün bunlara baxmayaraq, hər bir insanın tez-tez istifadə etdiyi poza mövcuddur. Adətən bu poza yuxudan duran anda bədənin yerləşdiyi vəziyyətə olur (təbii ki, bu zəng səsi ilə ayılan ana aid deyil. Çünki zəng sizi yuxunun istənilən studiyasında yaxalaya bilər).

1. Bel üzərində yatmaq

Adətən belə pozada olan insan çox rahatdır. Bu poza insanın özünə inamından və psixoloji gücündən xəbər verir. Belə insanlar istənilən həyati situasiyada özlərini inamlı hiss edir, daim yeni informasiyalar və tanışlıqlar qəbul etməyə hazırdır. Lakin özünə inam özünə arxayınçılıqla əvəzlənə bilər. Bunun göstəricisi kimi bu pozanın hipertrofiyası və çarpayının böyük hissəsini əhatə etməsini göstərmək olar.

2. Bükülü yatmaq

Bu pozada insanlar çiyni üstə yatır, ayaqlarını bükür və qarnına doğru yan alır. Belə insanlar adətən özünü yaxud Adətən, insan çarpayının uzaq küncünə doğru uzanır və daha çox məkan tutmağa çalışır. Bu pozada yatan insanlar real həyatdan qorxur və ətrafında baş verən hadisələrdə iştirak etmək istəmir. Belə insanlara onları real həyat çətinliklərindən qoruyacaq və məsuliyyəti öz üzərinə götürəcək lider, hami yaxud müdafiəçi çox lazımdır.

3. Qarın üzərində poza

Bu pozada insan qarnı üzərində yatır və çarpayını qucaqlamaq istəyir. Əllər isə adətən, yastığın üzərində yaxud bədənin yanı boyunca yerləşir. Ayaqlar isə sıxılmır, əksinə aralanır. Bu pozada yatan insan öz həyatını idarə etməyə və öz qərarlarını özü verməyə çalışır.
Bundan əlavə, öz qərarlarını və hərəkətlərini yeganə düzgün yol bilən qarın üzərində yatan insanlar tənqidi çətinliklə qəbul edirlər. Bundan başqa bu poza insanda öz məqsədinə çatmaq üçün fövqəl inaddan və xırdalıqlara həddən artıq diqqətdən xəbər verir.

4. Böyrü üzərində poza

Sonuncu pozada insan ilk pozadakı kimi sıxılmış vəziyyətdə olmur. Onun əlləri və ayaqları önə doğru yönəlib və bir qədər sıxılmış vəziyyətdədir. Bir qayda olaraq belə pozanı “bükülü poza”dan bədənin daha rahat yerləşməsi ilə ayırmaq mümkündür. Gecənin çox vaxtını bu pozada keçirən insanlar analitik biliklərə, sakitliyə və etibarlılığa malikdirlər. Onlar xüsusi gücə və psixoloji gücə malik olmasalar da, çox asanlıqla həyati situasiyalara uyğunlaşır və çətinlikləri asanlıqla dəf edirlər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti