Daha 2 istefa

Daha 2 istefa
  23 Mart 2013    Oxunub:1477
İstefa verənlər artıq fəaliyyətlərini müstəqil şəkildə davam etdirəcəklər.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) daha 2 üzvü təşkilatdan istefa verib. Bu barədə GAMOH üzvü, Türkiyədə yaşayan soydaşımız Nəvid Sultani açıqlama verib. O, APA-ya bildirib ki, bundan sonrakı siyasi fəaliyyətinə müstəqil şəkildə davam edəcək: “Bildiyiniz kimi, bizdən öncə martın 16-da 6 nəfər GAMOH-dan istefa etdi. Onların bu addımı təşkilat tərəfindən çox ağır ittihamla qarşılandı. Biz belə reaksiya gözləmirdik və bunu yoldaşlarımıza qarşı haqsızlıq kimi qəbul edirik. 6 nəfər istefaya səbəb kimi təşkilatın nizamnaməsinə əməl edilməməsini, GAMOH rəhbərliyinin milli və siyasi maraqlara uyğun olmayan çıxışlar etməsini, təşkilatdan müəyyən şəxslərin təbliğatı üçün istifadə edilməsini, müxtəlif təşkilatlarda çalışan milli fəallara qarşı hörmətsizlik edilməsini və s. göstəriblər.

Mən və Zaman Əlioğlu da bu səbəblərə görə istefa etmək məcburiyyətində qaldıq. Artıq fəaliyyətimizi müstəqil şəkildə davam etdirəcəyik. GAMOH lideri Mahmudəli Çöhrəqanlıya və təşkilat üzvlərinə uğurlar diləyirəm”.



Teqlər:  





Xəbər lenti