Antibiotiklər bakteriyalara “uduzur”

Antibiotiklər bakteriyalara “uduzur”
  11 Fevral 2014    Oxunub:1478
Antibiotiklər virus və bakteriyalara qarşı ən geniş yayılmış dərmandır.
Böyük Britaniyada səhiyyə işçilərinin tədqiqatları göstərib ki, antibiotiklər ildən-ildən xəstəliklərə qarşı təsir imkanlarını itirirlər.

Hətta məşhur və artıq tədqiq olunmuş xəstəliklər belə antibiotik qarşısında dayanıqlı olur. Yeni ştamm virusları isə antibiotiklər qarşısında daha böyük dayanıqlılığa malikdilər.

Britaniya “Wellcome Trust” tibbi araşdırmalar fondunun məlumatına görə, son 30-40 ildə yeni antibiotik vasitələrin kəşfi faktları azalıb. Eyni problem ağrıkəsicilərlə də yaşanır.
Professor Ceremi Farrarın sözlərinə görə, virusların antibiotiklərə qarşı müqavimətinin artması xəstəliklərin daha çətin və ağır şəkildə insana yoluxmasına, ölüm hallarının artmasına səbəb olacaq. Əsas mənfi məqamlardan biri bu dəyişikliklərin gec və hiss olunmadan baş verməsidir.

Professor Farrel və onun həmkarı Saali Devisin fikrincə, virus və bakteriyaların təmkinləşməsi gələcəkdə bütün bəşəriyyəti təhlükə altına ala bilər.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti