Ukraynada Azərbaycan dili tədris olunacaq - VİDEO

Ukraynada Azərbaycan dili tədris olunacaq - VİDEO
  12 Fevral 2014    Oxunub:1521
Ukraynanın Kiyev Linqivistik Universitetində ilk dəfə olaraq Azərbaycan dilinin tədrisinə başlanıb.
AzVision.az Turkel TV-ə istinadən xəbər verir ki, bu vaxta kimi Post Sovet məkanının ali təhsil ocaqlarının heç birində bu tədris həyata keçirilməyib. Hazırda da yeganə olaraq digər əcnəbi ölkələr sırasında yalnız Ukrayna universitetlərində bu prosesə start verilib. Bu layihə ilə Kiyev Linqivistik Universiteti xalqların dialoqunda və əməkdaşlığında dilin mühüm amil olduğunu önə çəkib.

Həmçinin Azərbaycan dilinin təbliğində bu tədris müstəsna xidmətə malikdir. Universitetdə Azərbaycan dilinin tədrisinə ilk olaraq 16 nəfər tələbə cəlb olunub. Universitetin Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzovun sözlərinə görə Azərbaycan dilini öyrənmək istəyən çox olsada proses yeni başladığı üçün hələlik 16 nəfər tələbə cəlb olunub. Tələbələr Azərbaycan dilini üçüncü kursda öyrənirlər. Dil kulturaloji, siyasi və tarixi baxımdan millətin təbliği üçün mühüm məhhumdur. Bu baxımdan dilimizin təbliği Ukraynada Azərbaycanın hər tərəfli təqdimatı kimidə başa düşülə bilər. Çəkiliş qrupumuzun diqqətini çəkən digər məsələ isə Universitetdəki Azərbaycan dili və Mədəniyyəti Mərkəzi oldu.

Mərkəzi Kiyev Linqivistik Universitetində Bakı Slavyan Universiteti açıb. Rafiq Novruzovun sözlərinə görə Mərkəzdə ölkəmizlə bağlı əlamədar günlər də qeyd olunur. Müxtəlif sahələrdə olan insanlara Azərbaycan haqqında dolğun məlumat vermək ölkəmizin mövqeyni Ukraynada möhkəmləndirməyə xidmət edir.
Müsahibimiz perespektivlərdəndə danışdı. Bildirdi ki, yaxın zamanda azərbaycan-ukrayinca tərcümə kitabçası istifadəyə veriləcək ki, bu da artıq iki xalq arasında üçüncü dil olmadan ünsiyyətin yaranmasını realaşdıracaq. Bundan əlavə dərslik vəsaitlərinin hazırlanmasıda başa çatmaq üzrədir. Azərbaycan dilini Ukraynada öyrənməyə maraq göstərənlər əsasən cavanlardır. Ukraynalı gənclər müsahibələrində Azərbaycan dilinə və mədəniyyətinə çox böyük maraqları olduğunu bildirdilər. Tədris zamanı elə sözlər məlum olur ki, bu sözlər həm Azərbaycan, həm də Ukrayınca eyni mənanı verir yaxud da eyni kökdəndir. Bu onu göstərir ki, iki xalq arasında çox dərin və tarixi əlaqələr mövcuddur. Professor Rafiq Novruzovun sözlərinə görə bu əlaqələrin tədqiqi gənclərin üzərinə düşür. Ukraynada Azərbaycan dilini öyrənənlərin əsasən gənclər olduğunu nəzərə alsaq gələckdə daha da sanballı araşdırmaların aparılacağı və ölkəmizə marağın daha da yüksələcəyini söyləmək olar.





Teqlər:  





Xəbər lenti