Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi
  24 Mart 2013    Oxunub:1730
Prezident İlham Əliyev Yunanıstan prezidenti Karolos Papulyasa təbrik məktubu göndərib
Məktəbda deyilir:

“Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan-Yunanıstan əlaqələrinin, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim firavanlıq və tərəqqi arzulayıram”


Teqlər:





Xəbər lenti