Hərbiçimizi itirdik

Hərbiçimizi itirdik
  25 Mart 2013    Oxunub:1386
Bakıda matrosun silahından açılan atəş nəticəsində matros həlak olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 24-də saat 21.25-də Hərbi Dəniz Qüvvələrinin Bakıda yerləşən N saylı hərbi hissəsinin matrosu Məmmədov Ruslan Tahir oğlunun tabeliyində olan avtomat silahdan açılan atəş matros Hümbətov Əhməd Binnət oğlunun qarın nahiyəsinə dəyib.

Matros Hümbətov aldığı güllə yarasından həlak olub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti